“mygov” platformasından istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov”da istifadəçilərin sayı 2 milyon nəfəri ötüb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Gazette.az-a bildirilib ki, cari il ərzində həm veb, həm də mobil tətbiq üzərindən platformaya qoşulan vətəndaşların sayında əhəmiyyətli artım müşahidə olunub.

Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir.

Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.

Cari il ərzində ən çox istifadə olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi məlumatları, iş yeri məlumatları, ailə tərkibi, sürücülük vəsiqəsi məlumatları və nikah haqqında məlumatlar yer alıb. Bu istiqamətdə istifadənin əsasını QR paylaşımı və sənəd yükləmə funksiyaları təşkil edib. Hazırda platformada 69 rəqəmsal sənəd və məlumat təqdim olunur. 2025-ci ildə vətəndaşlar tərəfindən bu rəqəmsal məlumatlardan istifadə sayı keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq təxminən 2,2 milyon təşkil edib.

Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında məhkumluq haqqında arayış, mobil cihazların qeydiyyatı, ailə üzvləri haqqında arayış, subaylıq haqqında arayış və nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil edir. Platformada 37 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Cari ildə bu xidmətlərə müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən çox olub.

“mygov” platformasında istifadəçi sayının artmasına bir neçə əsas rəqəmsal funksionallıq ciddi təsir göstərib. Bu artımda “mygov ID” funksiyası xüsusi rol oynayıb. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə rahat və sürətli giriş imkanı yaradır. Bundan əlavə, “İcazələrin idarə edilməsi” funksiyası vətəndaşlara fərdi məlumat paylaşımına nəzarət imkanı verərək platformanı daha da istifadəçi yönümlü, təhlükəsiz və rahat edib. Eyni zamanda, yeni istifadəyə verilmiş dövlət qurumlarına məktub göndərmək və almaq funksiyası da vətəndaş mərkəzli rəqəmsal xidmət təcrübəsini daha yüksək səviyyəyə çatdırıb.

Hal-hazırda “mygov” tətbiqi vasitəsilə vətəndaşlar məhkumluq haqqında arayış, ailə tərkibi və ailə vəziyyəti, təhsil və hərbi xidmət məlumatları, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyə məlumatları, iş yerindən arayış, əmək müqavilələrinin imzalanması, işğaldan azad edilmiş ərazilərə səfər üçün icazələr, bank kartları ilə ödəniş imkanları və digər rəqəmsal xidmətlərdən faydalana bilirlər. Eyni zamanda, dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən həyat hadisələri üzrə xidmətlər – nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə olunması platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.

Platformanın imkanlarının genişləndirilməsi və istifadə rahatlığının artırılması fonunda bu artım dinamikasının növbəti dövrlərdə də davam edəcəyi gözlənilir.

SON XƏBƏRLƏR

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

BÜTÜN XƏBƏRLƏR