“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq”

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” mövzusunda tədbir baş tutub.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və Cybersign şirkətinin tərəfdaşlığı ilə 16 oktyabr tarixində “Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq (“Governance, Risk and Compliance - GRC)” mövzusuna həsr edilən tədbir baş tutub. Tədbirdə dövlət və özəl qurumların məsul nümayəndələri və AKTA üzvü olan kibertəhlükəsizlik xidmət provayderləri iştirak edib. Tədbirin əsas məqsədi GRC sahəsində müasir yanaşmaların təqdim edilməsi və qarşılıqlı təcrübə mübadiləsi olub. 

Tədbir çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Panah Musayev açılış nitqi ilə çıxış edib. Panah Musayev bildirib ki, “GRC-nin əsas strateji rolu risk əsaslı düşüncə tərzinin formalaşdırılması və resursların intuitiv deyil, ölçülə bilən risk dəyərlərinə əsasən yönləndirilməsidir. Bu, artıq “reaktiv” deyil, “proaktiv” GRC modelinə keçidin göstəricisidir.”

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblər arasında idarəetmə, risk və uyğunluqla bağlı təsbit olunmuş normalar və həmin normaların tətbiq olunmasının əhəmiyyəti barədə danışıb. Habelə kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, eləcə də bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etməsi vurğulanıb. Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Elşad Zalov çıxış edərək, adı çəkilən qurum tərəfindən icra edilən tədbirlər barədə məlumat verib.

Daha sonra, Kapital Bankın nümayəndələri Kamran Kərimov və Murad Şəfiyev GRC üzrə maarifləndirici təqdimat ilə çıxış ediblər. 

AKTA-nın icraçı direktoru Rauf Cabarov tədbirdə çıxış edərək, AKTA üzvü olan şirkətləri GRC üzrə müasir tələbləri öz şirkətləri daxilində tətbiq etməyə çağırıb. Onun sözlərinə görə şirkətlər qanunvericiliyin mövcud tələblərini təmin etməklə beynəlxalq çağırışlara cavab verməlidirlər. Bu məsələdə xidmət verən şirkətlərin İSO standartları üzrə sertifikatlaşmasının vacibliyi vurğulanıb. Mövzunun davamı olaraq, Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə vacib olan standartlar barədə məlumat verib və sertifikatlaşma prosesi haqqında danışıb. 

Tədbirdə AKTA-nın və Keyfiyyət Assosiasiyasının birgə təşəbbüsü ilə kibertəhlükəsizlik şirkətlərinin sertifikatlaşmasına mümkün dəstək imkanları barədə məlumat verilib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik Bizneslərə Məsləhət Proqramının Azərbaycandakı rəhbəri Samir Həmidov öz çıxışında adı çəkilən proqram çərçivəsində kiçik və orta biznes subyektlərinə mümkün maliyyə dəstəyi barədə danışıb. O, KOB-ların fərqli standartlar üzrə məsləhət və sertifikasiya xidmətləri üçün EBRD vasitəsilə qrant dəstəyi ala biləcəyini qeyd edib. 

Tədbirdə Cybersign şirkətinin nümayəndələri Elvin Axundov və Elgün Bəxtiyaroğlu şirkətin kibertəhlükəsizlik məhsulları barədə təqdimat edib, bu məhsulların qurumlarda insan resursları üzrə hazırlığa müsbət təsirindən danışıblar. Tədbir iştirakçıların maraqlı müzakirələri ilə başa çatıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR