İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

Oktyabrın 9–10-da Bakı Konqres Mərkəzində ölkənin ən nüfuzlu kibertəhlükəsizlik tədbirlərindən biri — Cyber Incident Defence Challenge (CIDC 2025) ikinci dəfə təşkil olunub. Yarış Azərbaycanın ən güclü kibertəhlükəsizlik komandalarını bir araya gətirərək, real hücum və müdafiə ssenariləri əsasında qurulmuş kibermüharibə yarışında onların bacarıqlarını sınayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Gazette.az-a verilən xəbərə görə, tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə “GAIA” və “Awero” adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.

Ətraflı
CIDC 2025-in proqramına həmçinin panel müzakirələr daxil olub. “Kibercinayətkarlar üçün yeni oyun meydançası: Ağıllı şəhərlər” adlı paneldə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxış edərək “ağıllı şəhər” infrastrukturunun kibertəhlükəsizlik çağırışları və qabaqcıl müdafiə modelləri barədə fikirlərini bölüşüb.

CIDC 2025 çərçivəsində baş tutan kibermüharibə yarışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iki komandası uğurla iştirak edib. İRİA-nın əməkdaşlarından ibarət “Digital Rangers” komandası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Dopamine” komandası yarışın finalında ilk onluqda qərarlaşıb.

AKM-in tədbirdə iştirakı kibertəhlükəsizlik sahəsində həm yerli, həm də beynəlxalq tərəfdaşlıqların qurulması, əməkdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın kibertəhlükəsizlik potensialının beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

SON XƏBƏRLƏR

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

BÜTÜN XƏBƏRLƏR