Azərbaycanda jest dilinin oyrənilməsi üçün yeni mobil tətbiq

ADA Universitetində Azərbaycan jest (işarət) dilinin öyrənilməsi üçün nəzərdə tutulmuş yeni mobil tətbiqin təqdimatı keçirilib.

Gazette.az xəbər verir ki, layihə ADA Universiteti və ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. bp və tərəfdaşları, həmçinin “Nar” şirkətinin maliyyə dəstəyi ilə reallaşan bu təşəbbüs inklüzivliyin təşviqini qarşıya məqsəd qoyur.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Nar” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova çıxış ediblər.

Tədbir zamanı tətbiqin hazırlanma prosesi barədə qısa video da nümayiş olunub.

Layihənin rəhbəri, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi Nurəddin Sədili çıxışında qeyd edib ki, JestPlus tətbiqi sayəsində Azərbaycan jest dilini öyrənmək həm asan, həm də əyləncəli olacaq. O bildirib ki, bu tətbiq istifadəçilərə istənilən vaxt və məkanda, müəllimə ehtiyac duymadan jest dilini öyrənmək imkanı yaradır. Nurəddin Sədilinin sözlərinə görə, layihə sadəcə bir tətbiqin yaradılmasından ibarət deyil, həm də inklüziv cəmiyyətə doğru atılmış mühüm addım, cəmiyyətin bu istiqamətdə inkişafı üçün körpü rolunu oynayacaq bir təşəbbüsdür.

Yeni tətbiq yalnız jest dilini öyrətməklə kifayətlənmir. Pedaqoji yanaşmaya əsaslanan platforma istifadəçilərə dərslər, interaktiv tapşırıqlar və testlər vasitəsilə jest dilini sistemli şəkildə öyrənmək imkanı yaradır. Tətbiqdə 789 video, 358 jest sözü, 27 illüstrativ şəkil və 32 animasiya yer alır ki, bu da istifadəçilərə real ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Tətbiqin hazırlanmasında ADA Universitetinin məzunları texniki dəstək göstəriblər, məlumatların toplanması isə “Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilib.

Qeyd edək ki, JestPlus tətbiqi yaxın zamanda Azərbaycan jest dilini öyrənmək istəyən hər kəs üçün əlçatan olacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR