BAKU Azərbaycan
19.03 °C

“Facebook”da üz tanıma sistemi ləğv ediləcək

“Facebook” sosial şəbəkəsində üz tanıma sisteminin (“Face Recognition system”) fəaliyyəti dayandırılacaq.

Bu barədə sosial şəbəkənin məxsus olduğu “Meta” şirkətinin açıqlamasında bildirilib.

Şirkətin açıqlamasında “Facebook”da üz tanıma sistemindən istifadənin dayandırılacağı və bundan istifadə etməyə razılıq verən sosial şəbəkə istifadəçilərinin artıq foto və videolarda avtomatik müəyyən edilməyəcəkləri qeyd edilib.

Bununla yanaşı 1 milyarddan çox insanın fərdiləşdirilmiş üz tanıma şablonlarının silinəcəyi şirkətin açıqlamasında yer alıb.