100 min maaşa aşpaz axtardı, tapa bilmədi

Türkiyənin Artvin vilayətinin Şavşat rayonunda işəgötürən 100 min türk lirəsi maaş təklif etməsinə baxmayaraq aşpaz tapa bilməyib.

Plat.az xəbər verir ki, Şavşat Karagöl turizm ərazisində fəaliyyət göstərən obyektin sahibi Atıf Çiçək yay mövsümündə işlərin artması səbəbindən aşpaz axtarmağa başlayıb.

O, müxtəlif platformalarda iş elanı yerləşdirərək aylıq 100 min lirə maaş təklif edib. Lakin buna baxmayaraq, müəssisədə çalışmaq üçün aşpaz tapılmayıb.

Çiçək bildirib ki, turizm mövsümünün intensiv keçməsi ilə əlaqədar xüsusilə mətbəxdə işləyəcək təcrübəli əməkdaşlara ehtiyac artıb. Onun sözlərinə görə, yüksək maaş təklifi də işçi çatışmazlığının aradan qaldırılmasına kifayət etməyib.

“Məncə, ölkəmizdə iş problemi yoxdur, iş seçmək problemi var. 100 min lirə maaş verməyimizə baxmayaraq aşpaz tapa bilmirik”, – deyə Çiçək bildirib.

Hadisə Türkiyədə xüsusilə turizm və xidmət sektorunda təcrübəli və ixtisaslı işçi çatışmazlığı məsələsini yenidən gündəmə gətirib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR