Milli Observatoriyanın yaradılmasından 7 il ötür

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 7 il ötür.

Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı ilə yaradılan Observatoriya əmək, məşğulluq, sosial müdafiə və demoqrafiya sahələrində səmərəli idarəetmə qərarlarının qəbuluna dəstək verən monitorinq, təhlil, tədqiqat və proqnozlaşdırma işlərini həyata keçirir.

Habelə qurum əmək bazarında strateji məşğulluq sahələrinin müəyyənləşdirilməsi üçün ardıcıl sorğular aparır. Ötən dövrdə 40 minədək respondentlə sorğular təşkil olunub, məzunların məşğulluq göstəricilərini ölçmək üçün 5 milyonadək məlumat, əmək bazarının tələblərini öyrənmək üçün 300 mindən çox vakansiya təhlil edilib.

Observatoriyanın şəffaf sorğu prosesləri, etibarlı təhlil nümunələri və təlim sahəsində göstərdiyi xidmətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək bu istiqamətdə 3 beynəlxalq mükafata layiq görülüb.

Cənubi Qafqazda sorğu və araşdırmalar sahəsində fəaliyyətinə görə İSO 20252:2019 standartına uyğunluğu təsdiqlənən ilk qurum olaraq Observatoriya son illərdə fərqli istiqamətlər üzrə 6 beynəlxalq İSO sertifikatı ilə təltif edilib.

Bu günlərdə isə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Böyük Britaniyanın The CPD Certification Service – CPD Sertifikatlaşdırma Xidməti tərəfindən 5 təlim proqramı üzrə beynəlxalq səviyyəli təlim qurumu kimi akkreditasiya olunub.

SON XƏBƏRLƏR

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

BÜTÜN XƏBƏRLƏR