Bu ilin yekun maarifləndirmə tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2025-ci il üzrə sonuncu maarifləndirmə tədbiri təşkil olunub.

Bərdə rayonunda keçirilən tədbir “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları”, eləcə də “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib. Tədbirdə Xidmətin Şərqi Zəngəzur regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 40-dan artıq nümayəndə iştirak edib.

Çıxışlar zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə tədbirlərinin əmək münasibətlərinin düzgün tənzimlənməsində mühüm rol oynadığı vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Eyni zamanda Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri, müəssisələrdə əməyin mühafizəsi üzrə standart və normaların tətbiqi sahəsində göstərilən metodiki dəstək, habelə yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirin sonunda mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, cari il ərzində Xidmətin təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və regionlar üzrə ümumilikdə 59 maarifləndirmə tədbiri keçirilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR