Əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə "Birgə və Sağlam" İctimai Birliyinin birgə təşəbbüsü və “Trendyol”un dəstəyi ilə əlilliyi olan uşaqların valideynləri üçün maarifləndirici təlim keçirilib.

Əlilliyi olan şəxslərin də çalışdığı inklüziv “Kaşalata” kafesində təşkil edilən təlim “Əlilliyi olan uşaqların valideynləri üçün stress menecment və dayanıqlılıq strategiyaları” mövzusuna aid olub. 

Nazirliyin Əlillik siyasəti şöbəsinin əməkdaşı Günay Hüseynova, Mərkəzin Sosial pedaqoji inkişaf və sosial psixoloji dəstək departamentinin əməkdaşı Aydan Salmanova mövzu ilə bağlı təlim iştirakçılarına ətraflı məlumatlar veriblər. 

Valideynlərlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Daha sonra Mərkəzin təlimçi və benefisiarları, “Birgə və Sağlam” İctimai Birliyinin üzvlərinin ifasında konsert proqramı təqdim edilib.

Tədbir inklüziv cəmiyyətin inkişafına birgə töhfə vermək, əlilliyi olan şəxslərin valideynləri üçün dəstək mühiti yaratmaq, onların məlumatlılığını artırmaq və sosiallaşmasını gücləndirmək məqsədi daşıyıb.

SON XƏBƏRLƏR

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

BÜTÜN XƏBƏRLƏR