Türkiyənin ÇASGEM qurumu əməyin mühafizəsinə dair təlimlərə başlayıb

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları üçün “Əməyin təhlükəsizliyi və gigiyenası” mövzusunda təlimlərə start verilib.

5 saylı DOST Mərkəzində təşkil olunan ilk təlimdə ÇASGEM-in ekspertləri Esra Karaman və Derya Koçak tərəfindən əməyin mühafizəsinə dair proqram təqdim edilib. Təlim iştirakçıları əməyin mühafizəsi, təhlükəsizlik, risklərin qiymətləndirilməsi, iş gigiyenası və peşə sağlamlığı üzrə müasir yanaşmalar və beynəlxalq standartlarla bağlı bilik və bacarıqlar əldə ediblər.

Proqram çərçivəsində iştirakçılara əməyin mühafizəsi idarəetməsi və ISO 45001 standartları, iş mühitinə nəzarət və risklərin qiymətləndirilməsi, peşə sağlamlığı və sağlamlıq nəzarəti, iş gigiyenası, yanğın təhlükəsizliyi və fövqəladə hallar, eləcə də təzyiqli qablarda təhlükəsizlik üzrə əsas nəzəri və praktiki biliklər təqdim olunub.

Beş gün ərzində keçirilməsi planlaşdırılan təlimlər Beynəlxalq Əmək Təşkilatının 155 və 187 nömrəli Konvensiyalarının tələbləri çərçivəsində həyata keçirilir. Təlimlərin əsas məqsədi əməyin mühafizəsi sahəsində peşəkar biliklərin artırılması, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsinə töhfə verməkdir.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR