Bölgələrdə 900-dək işəgötürənin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən 14 rayon və şəhərdə (Bakı, Naxçıvan, Gəncə, Quba, Şamaxı, Sabirabad, Zaqatala, Mingəçevir, Sumqayıt, Tovuz, Şirvan, Masallı, Laçın, Bərdə) “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Qadınların nisbətən az təmsil olunduğu müəssisələr üzrə dövlət və qeyri-dövlət sektoru üzrə 900-dək işəgötürənin iştirakı ilə keçirilən tədbirlərdə əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, həmçinin qadınların məşğulluq imkanlarının artırılması üçün qanunvercilikdə edilmiş mütərəqqi dəyişikliklər diqqətə çatdırılıb.

Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda qadın əməyi ilə bağlı son illər aparılan islahatların nümunə kimi göstərildiyi vurğulanıb.

Habelə Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə ətraflı məlumat verilib. Bundan əlavə, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də mövzu üzrə fikirlərini bildiriblər.

Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat təqdim olunub. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR