Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə görüş olub

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a verilən məlumata görə, görüşdə agentliyin fəaliyyət sahələri, məşğulluq proqramları və sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görülən işlərdən bəhs olunub.

Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarını qurmağa dəstək göstərilməsi də davam edir. Eyni zamanda, sakinlərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi işləri də aparılır ki, bu da onların əmək bazarına çıxış imkanlarını artırır.

Agentliyin icra etdiyi “İşəgötürənlərlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının sakinlərin işlə təminatında əhəmiyyətli rolu qeyd edilib.

Görüşdə doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub, onların sualları cavablandırılıb, təklifləri dinlənilib.

SON XƏBƏRLƏR

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

BÜTÜN XƏBƏRLƏR