DƏMX əməkdaşları Qubada şəhid ailələrini ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş kapitan Aqil Məlikovun, gizir Orxan Balayevin və müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Mehdi Murtuzovun Qubada yaşayan ailələrini ziyarət ediblər.

Azərbaycan Respublikasının Quru Qoşunlarının kapitanı Aqil Məlikov 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Aqil Məlikov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Quru Qoşunlarının giziri Orxan Balayev 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Balayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Quru Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, əsgər Mehdi Murtuzov 2 oktyabr 2020-ci ildə Murovdağ–Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Mehdi Murtuzov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ziyarət zamanı şəhid ailələri ilə səmimi söhbət aparılıb, qəhrəman Vətən oğullarının keçdiyi şərəfli döyüş yolundan bəhs olunub və onların əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb. Ailələrin sosial vəziyyəti ilə maraqlanılıb, onların qayğı və ehtiyacları dinlənilib.

Görüşdə qeyd edilib ki, şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkə rəhbərliyinin fəaliyyətində hər zaman prioritet istiqamətlərdən biridir. Dövlət tərəfindən şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması və onların daim diqqət mərkəzində saxlanılması istiqamətində tədbirlərin davam etdiriləcəyi vurğulanıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR