Bakıda işəgötürənlər üçün maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin əmək qanunvericiliyi sahəsində maarifləndirilməsinə dəstək məqsədilə “İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunmuş tədbir keçirilib.

Tədbir 5 saylı DOST Mərkəzində baş tutub. Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən 40-dan artıq işəgötürən iştirak edib.

Tədbir zamanı iştirakçılara müvafiq mövzular üzrə əmək qanunvericiliyinin tələbləri və normativ hüquqi aktlar barədə ətraflı məlumat verilib. Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri, əməyin mühafizəsi sahəsində görülən işlər və müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi istiqamətində göstərilən dəstək barədə məlumat təqdim olunub.

Bundan əlavə, yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib və işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR