Bu sosial sabitliyin və davamlı inkişafın təminatı baxımından böyük önəm daşıyır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb. 

Gazette.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, onları ölkədə və Komitədə qarşılamaqdan məmnunluğunu ifadə edib. O, BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini, eləcə də müxtəlif formatlarda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.


AQEM-in ötən ay Nyu-York şəhərində keçirilən yüksək səviyyəli görüşünü xatırladan sədr,  görüş zamanı AQEM Qadınlar Şurasının məsləhətçi qurum kimi yaradılması təşəbbüsünün irəli sürüldüyünü qeyd edib. O, fevral ayında həmin Şuranın ilk tədbirinin Azərbaycanda keçiriləcəyini bildirib, bunun “Pekin30” prosesinin yubileyinə, həmçinin  qadınların səlahiyyətləndirilməsi və bütün proseslərdə iştirakının təmin olunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda verdiyi növbəti böyük töhfə kimi qiymətləndirib. Əlavə edib ki, BMT-nin yubiley tədbirində bu qərarın qəbul olunması Azərbaycanın BMT ilə əlaqəli fəaliyyətə üstünlük verdiyini göstərir. 


O, çıxışında vurğulayıb ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində aparılan işlər mühümdür. Eyni zamanda, yalnız qadınların səlahiyyətləndirilməsi ilə kifayətlənməyərək, ölkədə ailə təsərrüfatının inkişafı istiqamətində də məqsədyönlü fəaliyyət göstərmək vacibdir. Bu, sosial sabitliyin və davamlı inkişafın təminatı baxımından böyük önəm daşıyır.


B.Muradova Komitə tərəfindən Ailə Konsepsiyası layihəsi üzərində işlərin davam etdiyini diqqətə çatdıraraq, sənədin qəbul edildikdən sonra müsbət təcrübə kimi beynəlxalq miqyasda təbliğatının əhəmiyyətli olacağını vurğulayıb. 


BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava isti qarşılanmaya görə təşəkkürünü bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də bu prosesdə əldə olunan mühüm irəliləyişlərdən məmnunluğunu ifadə edib. 


Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən BMT rəsmisi, Pekin 30 çərçivəsində görülən işlərdən söz açıb. Azərbaycanın bu platformada fəal iştirakına diqqət çəkən K.İşikava, birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkürünü bildirib. 


Qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışan qonaq. erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də müsbət qarşılandığını bildirib. 


Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR