İlin sonuna qədər 1300-1500 ailənin Xocavəndə köçü təmin ediləcək

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Ağdamda, Füzulidə və Xocavənddə də bərpa-quruculuq işləri davam edir. Artıq Füzuli şəhərində 3 mindən çox əhali yaşayır. Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinə əhali köçürülüb və hazırda bu kəndlərdə əhalinin sayı 4 min nəfərə yaxındır.

Bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, noyabr ayının əvvəlindən başlayaraq Ağdam şəhərinə ilk sakinlər qayıdacaqlar. İlk 900-dən çox ailə bu ilin sonuna qədər, gələn il isə daha 300 ailə 2-ci yaşayış kompleksinə köçürüləcək. Hazırda Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərində də tikinti işləri gedir. Bu iki yaşayış kompleksinə də ümumilikdə 3 mindən çox ailənin köçü nəzərdə tutulur. “Biz bu ilin sonunadək 3-cü yaşayış kompleksində, gələn ilin yanvar ayında isə 1-ci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq. Hədəfimiz 2026-ci ilin sonunadək Ağdam şəhərinə 20 min nəfərə yaxın əhalinin köçünü təmin etməkdir.

Füzuli şəhərində ilin sonunadək 2-ci yaşayış kompleksində, gələn ilin ortalarında isə 3-cü yaşayış kompleksində tikinti işləri başlayacaq.

Xocavənd rayonunun kəndərində də təmir proseslərinə başlanılır. Artıq Qırmızıbazar, Sos kəndlərinə və Hadrut qəsəbəsinə əhalinin ilk köçü baş tutub. Bu proses davam edəcək. İlin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçü təmin ediləcək”, - deyə E.Hüseynov bildirib.

SON XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

BÜTÜN XƏBƏRLƏR