BAKU Azərbaycan
23.03 °C

Agentlik: “Mülki şəxslərin əlilliik təyinatı ilə bağlı proses sürətlənib”

“Mülki şəxslərin əlilliik təyinatı ilə bağlı proses sürətlənib”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, elektron təyinatın aparılmasının müsbət və mənfi tərəfləri var: “Qiymətləndirmə zamanı komissiyalarda şəxsin kimliyi ilə bağlı məlumat olmur. Bu da şəffaflığı təmin edir. Ancaq məlumatların tam dolğun doldurulmaması nəticəsində də problemlər mövcud ola bilər. Bu problemi aradan qaldırmaq üçün əyani qiymətləndirmə məsələsi gündəmə gəlib. Narazı vətəndaşlar mərkəzimizə müraciət edərək əyani təkrar qiymətləndirmədən keçiblər. Mülkilər arasında gözləmələrin, narazılıqların sayı kifayət qədər aradan qaldırılıb. Hər gün ərzində 204 vətəndaşımız əlillik təyinatı alır”.