Bakıda "Sosial sahədə könüllülük" adlı forum keçirilib

Bu gün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "Könüllü DOST" proqramının üç illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" adlı forum keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və digər şəxslər iştirak ediblər.

Toplantını əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açaraq “DOST könüllüləri”nin fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. O bildirib ki, könüllü olmaq üçün quruma 3 il ərzində 60 mindən çox müraciət daxil olub: “Həmin şəxslərdən isə 200-ü hazırda DOST Mərkəzlərində işlə təmin edilib. Mərkəzlərin sayı artıdca daha çox könüllülər də işlə təmin olunacaq”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, könüllülük fəaliyyəti dövlətin sosial siyasətinin tərkib hissəsinə çevrilib: “Könüllülük hərakatı” "ASAN Xidmət"dən başlayıb. Könüllülük dövlət ərkanının öyrənməsi, yeni əlaqələrin yaranması deməkdir. "ASAN Xidmət"də 30 mindən çox könüllü olub. Onların üç mindən çoxu isə işlə təmin edilib”.

Təhsil naziri Emin Əmrullayev 1990-cı illərdə könüllü kimi fəaliyyət göstərdiyini söyləyib: “Könüllü olmaq şərəfli bir işdir. O zamanlar könüllülük geniş şəkildə vüsət almamışdı. Ancaq indi çox sevindiricidir ki, demək olar ki, hər bir dövlət qurumunda könüllülər fəaliyyət göstərir. Bizim nazirlikdə də könüllülər fəaliyyət göstərirlər. Onların faəliyyətini yüksək qiymətləndirirəm”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev işlədiyi qurumun könüllülük hərəkatına böyük önəm verdiyini vurğulayıb: “Mən də könüllü kimi fəaliyyətə başlamışam. Sonradan nazirlikdə işə başladım. Azərbaycan çox böyük imkanlar ölkəsinə çevrilib. Bu gün gənclərin böyük imkanları var”.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, bu gündən inklüziv dost proqramı fəal şəkildə fəaliyyət göstərəcək: “Pandemiya dövründə biz bir çox spesfik proqramlar, layihələr hazırlamışdıq. Bizim könüllülərimiz 44 günlük Vətən müharibəsində də fəal iştirak ediblər. Onlar arasında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan könüllülərimiz də var. Artıq biz onları işlə təmin etmişik”.

Daha sonra tədbir çıxışlarla davam edib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR