İmişlidə 730 əhali abunəçisinin təbii qaz təchizatı yaxşılaşdırılacaq

İmişli rayonunun 213 fərdi yaşayış evindən ibarət Kürdmahmudlu, həmçinin 403 fərdi yaşayış evi olan Xəlfəli kəndlərində tikinti-quraşdırma işləri davam edir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilən kəndlərin qazlaşdırılması məqsədilə "Azəriqaz"ın daxili imkanları hesabına 91,6 min metr müxtəlif diametrli yeraltı daşıyıcı və yerüstü polad borularla paylayıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulur.

Bundan əlavə "Azəriqaz" regionlarda, o cümlədən Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisinə daxil olan rayonlarda yaşayış məntəqələrinin qazlaşdırılması işlərini qrafikə uyğun olaraq həyata keçirir. İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin Salyan RQİİ Təmir-tikinti Sahəsi Şirvan şəhərinin İ.Qayıbov küçəsində istehlakçıların təbii qaz təchizatının daha da yaxşılaşdırılması, eləcə də təbii qazın təhlükəsiz çatdırılması məqsədilə uzun müddət torpaqla təmasda olan, istismar müddəti başa çatan müxtəlif diametrli aşağı təzyiqli dairəvi qaz kəmərinin diametri 89 mm, uzunluğu 765 metr olan yerüstü daşıyıcı qaz kəməri ilə əvəz olunması işlərini davam etdirir. İşlər yekunlaşdıqdan sonra 730 əhali abonentinin qaz təchizatı yaxşılaşacaq.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR