BAKU Azərbaycan
27.03 °C

Ötən il 6 362 şəhid ailəsi üzvünə vəsiqə təqdim olunub

"Ötən il 6 362 şəhid ailəsi üzvü vəsiqəsi hazırlanıb və ailələrə təqdim olunub".

Gazette xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən il 60 minə yaxın şəxsə sosial xidmətlər göstərilib.

V.Beybudov bildirib ki, keçən il 3000 şəhid ailəsi, müharibə əlili və digər imtiyazlı şəxsə mənzil və fərdi evlər təqdim olunub: "164 nəfər avtomobillə təmin olunub. 4 455 nəfər sanatoriya-kurort mərkəzlərinə göndərilib".