BAKU Azərbaycan
25.03 °C

Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb

"Bu il “Böyük Qayıdış” proqramı üzrə Qarabağa ilk sakinlərin köçürülməsi gözlənilir, onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək".

GAZETTE xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Onun sözlərinə görə, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub: "Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanılıb".