BAKU Azərbaycan
25.03 °C

Səhiyyə Nazirliyi: Uşaqlar arasında virus xəstəlikləri artıb

“Son günlərdə uşaqlar arasında virus xəstəliklərinin artımı müşahidə olunur” - bunu  Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, pediatr Əkbər Quliyev deyib.

GAZETTE xəbər verir ki, o bildirib ki, xəstəliyin simptomları burun axıntısı, boğaz ağrısı, öskürək, yüksək hərarətdir: “Bunlar virus xəstəliklərinin ortaq şikayətləridir. Hazırda pandemiya dövründə yaşadığımız üçün koronavirusun da bu xəstəliklər arasında yeri var. Son iki həftədə, bayramla əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı yoluxma saylarında artım ola bilər”.

Həkim qeyd edib ki, valideynlər bu simptomlar müşahidə edilən uşaqları bağça, məktəbə göndərməkdən çəkinməlidirlər: “Həmçinin onların digər uşaqlarla təması məhdudlaşdırılmalıdır. Temperatur düşmürsə, halsızlıq, süstlük varsa, həkimə müraciət etsinlər”.