Nazir müavini müəllimlərin maaşının artırılmasına münasibət bildirib

“Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Bu şəxslərin hamısı təhsil verən deyil. Onların müəyyən qismi müəllim, idarəedici, texniki işçilərdir” - bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, bugünkü Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, direktorların, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır: “Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifə maaşı isə 40 faiz artırılır”.

Nazir müavini qeyd edib ki, dövlət ümumtəhsil müəssisələrində təxminən 250 minə yaxın müəllim çalışır, bu müəllimlərin təxminən 82 faizi ali təhsillidir: “Bu gün onların orta aylıq vəzifə maaşları 264 manatdır. Bu vəzifə maaşları orta göstəricidir. Vəzifə maaşları müəllimlərin pedaqoji stajından asılı olaraq fərqlənir. 3 ildən 18 ilə qədər staj üzrə fərqli əmək haqqı mövcuddur. Orta göstərici vəzifə maaşları 20 faiz artırsa, ümumtəhsil müəssisələrində çalışan ali təhsilli müəllimlərin maaşları orta hesabla 674 manat təşkil edəcək. Onu da qeyd edim ki, aylıq vəzifə maaşları 1 stavka 18 saat dərs yükü üçün hesablanmış aylıq maaşlardır. Amma faktiki olaraq müəllimlərimizin, xüsusilə Bakıda 18 saatdan artıq dərs yükü var. Bakıda orta hesabla bu, 22 saat təşkil edir. Əgər 22 saatlıq dərs yükünü götürsək, onda ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları təxminən 823 manat təşkil edəcək”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR