Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Kiyevdə Beynəlxalq Forumda iştirak edib

Ukrayna Baş Prokuroru Ofisinin təşəbbüsü ilə Kiyev şəhərində Kibertəhlükəsizlik mövzusunda Beynəlxalq Forum təşkil ediib.

Baş Prokurluğun mətbuat xidmətindən verilən məlumata görə, 25 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi Forumda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev təmsil edib.

Tədbirdə kibertəhlükəsizlik, bu sahədə hazırki vəziyyət, gələcək meyllər, kibercinayətkırlıqla mübarizə sahəsində beynəlxalq və milli təcrübə, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, ekspertlər forum iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.

Beynəlxalq Forumda təqdimatla çıxış edən nümayəndəmiz tərəfindən ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquq sahəsində həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi kimi digər cinayətlərlə yanaşı kibercinayətkarlıqla mübarizə, bu sahədə müşahidə olunan aktual aspektlər, milli qanunvericilik, onunla mübarizədə yeni imkanlar, çətinliklər və başqa məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Səfər çərçivəsində Baş Prokurorluğun nümayəndə heyəti ilə Ukrayna Prokurorluğunun Elm-Tədris Mərkəzinin direktoru Olesia Otradnova arasında işgüzar görüş baş tutub.
Görüş zamanı həmçinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilmiş, hər iki ölkənin prokurorluq orqanları arasında elm-tədris sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR