Mikayıl Cabbarov Dünya Bankına Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə məlumat verib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, Mikayıl Cabbarov Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmçinin Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, bankın texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında çoxşaxəli sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb, Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.

Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR