Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Azərbaycana qarşı dini-ideoloji təxribatların, əlaqələndirilmiş informasiya əməliyyatlarının və kiberhücumların miqyasının artdığı bildirilir.

Gazette.az xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, enerji təhlükəsizliyindəki rolu, regional tranzit dəhlizlərində strateji əhəmiyyəti və ölkədaxili sabitlik fonunda xarici aktorların ölkəyə qarşı hibrid hücumları genişlənib.

Komissiyanın məlumatına görə, aidiyyəti dövlət qurumları ilə aparılan araşdırmalar zamanı ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa və dövlət qurumlarına etimadı sarsıtmağa yönəlmiş fəaliyyətlər müəyyən edilib.

Bildirilib ki, bu əməliyyatlar ölkə daxilində və xaricində fəaliyyət göstərən təsir agentləri, gizli təşkilatlar, haker qrupları, xarici media qurumları, saxta sosial şəbəkə hesabları və botlar vasitəsilə həyata keçirilir.

Bəyanatda dost və qonşu ölkələrin ərazilərində fəaliyyət göstərən bəzi qüvvələrin dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə yayaraq Azərbaycanda etnik, dini və siyasi zəmində qarşıdurma yaratmağa çalışdığı da iddia olunub.

Komissiya qeyd edib ki, hibrid təhdidlər zamanı sosial şəbəkə alqoritmlərindən, “əks-səda kameraları” və “filtr qabarcıqları” mexanizmlərindən istifadə edilərək manipulyativ məzmun müəyyən auditoriyalara yönəldilir.

Bununla yanaşı, aparılan monitorinqlərin nəticələrinə əsasən, Azərbaycan cəmiyyətinin bu cür təxribatlara uymadığı və dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyi bildirilib.

Milli Məclisin müvəqqəti komissiyası aidiyyəti dövlət qurumları ilə birlikdə hibrid hücumların qarşısının alındığını və bundan sonra da belə cəhdlərin cavabsız qalmayacağını bəyan edib.

Komissiya, həmçinin Azərbaycana qarşı yönəlmiş fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına təşəkkürünü bildirib.

SON XƏBƏRLƏR

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Hərbçilərin pensiya təyinatında - Yenilik

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib

Daha bir dövlət müəssisəsi ləğv edildi

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Damar sağlamlığı üçün 5 qida

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Bakı Bəyannaməsi qəbul edilib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Yorğun hiss edirsiniz?

Gündə 10 dəqiqə məşq etməklə yuxu keyfiyyətini yaxşılaşdırmaq olar

Bu evlərə kupça verilməyəcək

Lavrov Bakıda Hakan Fidanla görüşüb

4 manata görə taksi sürücüsünü döydü

İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

Almazın yeni “qohumu” kəşf edildi

“Yelo Bank” 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

BÜTÜN XƏBƏRLƏR