Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

 

Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana reallaşan dövlət səfəri tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının səfər çərçivəsində keçirdiyi görüşlər, iki ölkə arasında imzalanan sənədlər və razılaşdırılmış zəruri məsələlər də Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın müttəfiqlikdən əbədi dostluğa çevrilməsindən xəbər verir. Yadda qalan əsas məqamlardan biri də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasiminin keçirilməsi oldu. Əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi. Sonra Prezident İlham Əliyev Azərbaycanın ən ali ordenini -“Heydər Əliyev” ordenini Özbəkistan Prezidentinə təqdim etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Komitə sədri diqqəti səfər çərçivəsində iki ölkə arasında imzalanan “Əbədi dostluq haqqında Müqavilə”yə cəlb edərək deyib ki, bu tarixi əhəmiyyətli sənədin imzalanması regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələrin artıq yüksək səviyyəyə çatdığından xəbər verir. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri, əməkdaşlıq imkanlarını genişləndirmək, münasibətləri getdikcə yaxşılaşdırmaq və gələcəkdə daha əlverişli işlər qurmaq istiqamətində birgə istəkləri özündə ehtiva edir. Özbəkistan və Azərbaycan arasında əbədi dostluğu təsdiqləyən bu müqavilə hər iki ölkə qarşısında hüquqi-siyasi öhdəliklərlə yanaşı, həm də mənəvi-tarixi məsuliyyət formalaşdırır. Qürurla qeyd etmək olar ki, Özbəkistanla Azərbaycanın dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyması ölkəmizin xarici siyasətində yeni modeldir.

Çingiz Qənizadə Prezident İlham Əliyevin mətbuata bəyanatında iki ölkə arasında dostluq münasibətlərini gücləndirən amillərdən də söhbət açıldığını vurğulayıb. Qeyd edib ki, ümumiyyətlə, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün isə 1 milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Hazırda Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR