Bu gün Bakı və Bratislava arasında möhkəm siyasi iradə formalaşıb

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındakı qarşılıqlı münasibətlərin inkişaf xətti hər iki ölkənin dövlət başçılarının sarsılmaz siyasi iradəsi üzərində bərqərar olunmuşdur.

Şuşada keçirilən rəsmi görüş çərçivəsində Möhtərəm Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, iki ölkə arasında 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamə ötən qısa müddət ərzində sadəcə kağız üzərində qalmamış, onun real icrası əyani şəkildə göz önündə canlanmışdır. Belə bir fəal siyasi qarşılıqlı fəaliyyətin və ortaq layihələrin həyata keçirilməsi, şübhəsiz ki, hər iki dövlət rəhbərinin qətiyyətli mövqeyini və tərəfdaşlığa verdiyi xüsusi çəkini nümayiş etdirir.

Bu gün Azərbaycan-Slovakiya münasibətlərinin gündəliyi olduqca zəngindir və bura təkcə diplomatik əlaqələr deyil, həm də iqtisadi-ticari fəaliyyət, energetika sektorunda birgə addımlar, hərbi-texniki sahədə əməkdaşlıq və digər prioritet istiqamətlər daxildir. Hər iki dövlətin nümayəndə heyətlərinin üzvləri arasında qurulan daimi və səmərəli təmaslar qəbul olunan qərarların operativ şəkildə həyata keçirilməsinə xidmət edir. Şuşada aparılan olduqca səmimi və açıq müzakirələr bir daha göstərdi ki, hər iki paytaxt ikitərəfli əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında və mövcud strateji çərçivənin daha da genişləndirilməsində tam həmrəydir.

Böyükağa Rahmanov
Neftçala rayonu

 

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR