
Azərbaycan və Ukrayna arasında münasibətlər yüksəliş dövründədir
Azərbaycan və Ukrayna münasibətləri hər zaman qarşılıqlı hörmət və ehtirama əsaslanıb.
Bu gün Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq möhkəm və etibarlı siyasi təməl üzərində qurulmuşdur. Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana 25 aprel tarixli səfəri zamanı Dövlət başçısı cənb İlham Əliyev qeyd etmişdir ki, bu təməl illər ərzində imzalanmış mühüm sənədlərlə daha da gücləndirilmişdir. Belə ki, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda strateji tərəfdaşlığa dair imzalanmış sənədlər iki ölkə münasibətlərinin əsas istiqamətlərini müəyyən edən və qarşılıqlı öhdəlikləri təsbit edən fundamental siyasi sənədlərdir.
Qeyd edək ki, həmin sənədlərdə Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstək açıq şəkildə öz əksini tapmışdır. Bu prinsipial mövqe bu gün də dəyişməz olaraq qalır və hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin haqlı mövqeyini ardıcıl şəkildə müdafiə edir və bundan sonra da edəcəkdir. Diqqət yetirsək görərik ki, ötən il Azərbaycan-Ukrayna əlaqələrinin inkişafı baxımından mühüm hadisələrlə yadda qalmışdır. Belə ki, Bakı şəhərində iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilmiş, eləcə də Hökumətlərarası Komissiyanın iclası baş tutmuşdur. Bu görüşlər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi və mövcud əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm rol oynamışdır. Cənab Prezident bəyantında qeyd etmişdir ki, bugünkü görüş zamanı bu mühüm mexanizmlərin davamlılığının təmin olunması məqsədilə növbəti iclasların Ukraynada keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Bu isə tərəflərin əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmək niyyətində olduqlarını göstərir. Bəli, Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli və səmərəli əməkdaşlıq mövcuddur. Bu gün keçirilən görüşlər və aparılan müzakirələr isə bu əməkdaşlığın uğurla davam etdiyini və gələcəkdə daha da genişlənəcəyini bir daha təsdiqləmişdir.
Böyükkişi Cəbrayılov
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





