İcra başçısı müavini daxil olmaqla 5 nəfəri işdən çıxardı - SİYAHI

Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.

Gazette.az-ın iqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Elgin Həbibullayev müvafiq əmrlər imzalayıb.

Belə ki, əmrə əsasən, başçının müavini İlqar Mirzəyev vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Bundan əlavə, ləğv edilmiş Hüquq şöbəsinin müdiri Hüsü Nuriyev də vəzifəsini itirib. Bu şöbənin yerinə yaradılmış Hüquq və kadr məsələləri sektoruna isə Kamran Abdullayev müdir təyinatı alıb. 

Kadr islahatı icra başçısının nümayəndəliklərini də əhatə edib. Belə ki, RİH başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nadir Nəsibov da işini itirib. Onun yerinə Vəfadar Zeynalov təyin olunub. V.Zeynalov bundan əvvəl ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini olub.

Həmin nümayəndəliyin Baş mühasibi Gündüz Həmidov da RİH aparatına gətirilib və yeni yaradılan İnzibati işlər sektoruna mühasib təyin edilib.

İcra başçısının digər əmrilə Baş mütəxəssis – sürücülər Elman Əliyarov və Bəhman Əliyev də vəzifələrindən azad ediliblər. Daha bir əmrlə isə Azər Əsgərov yeni sürücü təyin olunub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR