Azərbaycan və Türkiyə vətəndaşları üçün birgə iş axtarışı platforması yaradılır

Azərbaycan və Türkiyə vətəndaşları üçün birgə iş axtarışı platforması yaradılır.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə İş Qurumunun ( İŞKUR) baş direktorunun müavini İbrahim Oğuzhan Yıldırım məlumat verib.

“Hazırda həmin platforma üzərində çalışırıq. Birgə iş axtarışı platforması vasitəsilə Azərbaycanda iş axtaran şəxs Türkiyədəki özəl sektora vakant iş üçün müraciət edə biləcək. Həmçinin Türkiyə vətəndaşları da Azərbaycandakı özəl sektorda işəgötürənə eyni şəkildə müraciət etmək imkanına malik olacaq”, - deyə direktor müavini qeyd edib.

O bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın Dövlət Məşğulluq Agentliyi ilə birgə müzakirələr aparılır. İ.Yıldırım birgə iş platformasının 2026-cı ildə istifadəyə verilməsinin planlaşdırıldığını söyləyib.

“Türkiyə İş Qurumunun əməkdaşları demək olar ki, hər ay Azərbaycan Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə birgə görüşlər keçirir. Biz qarşılıqlı olaraq həyata keçirdiyimiz layihələri birlikdə izləyirik və bir-birimizi məlumatlandırırıq. Digər istiqamətlərdə də müxtəlif layihələrlə bağlı ikitərəfli əməkdaşlığımız davam edir. Amma hazırda ən aktual və əsaslı şəkildə nəzərdən keçirdiyimiz dəyişiklik bu platformanın təsis edilməsi ilə bağlıdır. Məqsədimiz əsaslı şəkildə bu məsələyə mane olmayan bir razılaşma hazırlamaqdır. Türkiyə ilə Azərbaycanın işçi qüvvəsinə ehtiyacı, iki ölkə arasındakı ixtisas fərqlilikləri və ya işçi qüvvəsi çatışmazlığı mövzuları müzakirə ediləcək məsələlərdən biridir”.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR