Rusiya Mehdiyevi niyə satdı? - ŞƏRH

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.

Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.

Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Rusiya Mehdiyevi niyə ələ verib?

Mövzunu şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl Modern.az-a bildirib ki, Rusiya Mehdiyevin simasında heç bir prespektiv görmədiyindən onu ifşa edib:

“87 yaşlı adam nə edə biləcək ki?! Rusiya hər zaman kimliyindən asılı olmayaraq, şəxsin kim və nə dərəcədə prespektivli olmasını, xalq tərəfindən bir damcı da olsa sevilib-sevilməməsini nəzərə alır. Eləcə də burada əsas nüanslardan biri onun təşkilatlanmış hər hansı siyasi qüvvəsinin olub-olmamasıdır. Bunların heç biri Ramiz Mehdiyevdə olmadığından Rusiya kifayət qədər yaşlı olan akademikin prespektivsizliyini nəzərə alıb. Hətta Mehdiyevin Rusiyanı bezdirdiyi də deyilir”.

İ.İsmayıl deyib ki, Ramiz Mehdiyev məhz Azərbaycan-Rusiya münasibətləri gərginləşəndən sonra əl-ayağa düşüb:

“Hakimiyyət çevrilişini detallı və planlı şəkildə hazırlamaq iştahına Ramiz Mehdiyev 9 ay ərzində Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda düşüb. Rusiya da bunu müəyyən dərəcədə qəbul edib. Amma çox da analiz etmədən görürlər ki, bununla əməkdaşlıq mənasızdır və bunun heç bir əsası yoxdur. 
Ramiz Mehdiyev xalq arasında heç bir hörməti olmayan şəxsdir. Onun güc strukturları arasında tək-tük adamları  ola bilər. Amma güc strukturları ümumilikdə cənab Prezidentə sadiqdirlər.

Yenə deyirəm Mehdiyevin təşkilatlanmış siyasi qüvvəsi yoxdur. Rusiya Ermənistanda niyə güclüdür? Çünki oradakı bütün müxalif siyasi qüvvələr Rusiyayönümlüdür. Bizdə təşkilatlanmış elə siyasi müxalif qüvvə yoxdur ki, Rusiyayönümlü olsun. Məhz bu səbəbdən Rusiya tərəfdən bu məsələ prespektivsiz, hətta ümidsiz bir variant kimi qiymətləndirilib. Bu məsələnin açılmasında Rusiyanın rolu varsa, mən deyərdim ki, o da çox təbii qarşılanmalıdır. Rusiya münasibətləri düzəltmək üçün bu addımı ata bilər. 1994-cü ildə Sürət Hüseynovun yarımçıq üsyanından, yaxud mart hadisələrindən sonra kimlərinsə qaçıb Rusiyaya sığındığı məlum idi. Rusiya onları öz maraqları naminə bircə-bircə Azərbaycana verdi. Separatçıların liderləri vardı. Cənub zonasından olan həmin separatçılara Rusiya təlim keçir, onları bəsləyirdi. Amma an gəldi, Rusiya öz maraqları naminə onları Azərbaycana təhvil verdi. Ramiz Mehdiyev kimi hər halda böyük təcrübəsi olan adam gərək bunu hesablaya və biləydi ki, Rusiya öz prespektiv maraqları naminə onun da kürəyini mütləq yerə qoyacaq”.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR