YAP Mehdiyev üçün nə zaman toplaşacaq? - AÇIQLAMA

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvüdür. Onun partiyadan uzaqlaşdırılacağı bildirilir. Bunun üçün YAP-ın iclası keçirilməlidir.

Modern.az bununla əlaqədar olaraq, YAP İdarə Heyətinin üzvü, deputat Azər Badamovla əlaqə saxlayıb.

A.Badamov bildirib ki, YAP İdarə Heyətinin iclasının çağırılması ilə bağlı məlumat da hələlik gündəmdə yoxdur.

O qeyd edib ki, istintaq prosesi başa çatıb, şəxs haqqında tətbiq olunmuş maddələr üzrə cinayət əməlləri təsdiq olunandan sonra digər məsələlərə baxılması daha düzgündür:

"Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına alınan Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr. Bunlıar çox ağır maddələrdir.  Burda dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və əmlakı qeyri-qanuni yollarla ələ keçirmək kimi məsələlər öz əksini tapır.  Şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qərarı verilmişdir. İstintaq altında olması azadlıqdan məhrum etmə deyil. Təbii ki, istintaq prosesi başa çatıb  şəxs haqqında tətbiq olunmuş maddələr üzrə cinayət əməlləri təsdiq olunandan sonra digər məsələlərə baxılması daha düzgündür. Çünki, biz hüquqi dövlətdə yaşayırıq.  Hər bir kəs qanun qarşısnda bərabərdir və onun əməllərinə hüquqi müstəvidə qiymət verilir.  YAP öz sıralarında  cinayət məcəlləsinin maddələri ilə məhkum olunaraq azadlıqdan məhrum olunmuş şəxsləri saxlamır və partiya sıralarından xaric edilir. Bu baxımdan məhkəmənin son qərarının gözləməli olduğunu doğru hesab edirəm".  

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR