Ümummilli Liderin xilaskarlıq missiyası!

1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin qədirbilən xalıqmızın təkidli xahişi və tələbi ilə Naxçıvandan Bakıya qayıdışı o zamana qədər puç olmuş ümüdlərimizə bir şəfəq saçdı, ölkədəki mövcud kriminogen durum, xaotik proseslərin qarşısı tədricən alındı və dövlət itən nüfuzunu özünə qaytarmış oldu.

Bu gün hər bir azərbaycanlı böyük iftixar hissi ilə təsdiqləyə bilər ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, iqtisadi inkişafın, müasir ordu quruculuğunun özülündə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasi strategiyası dayanır. Məlum olduğu kimi 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, əldə olunan müstəqillik ölkəmizə süverenliklə paralel böyük sosial-iqtisadi çətinliklər, siyasi hərc-mərclik, anarxiya, vətəndaş müharibəsinin astanasına qədər gəlib çatan köklü problemlər də gətirdi. Hər ötən gün ölkədə mövcud ümumi ab-hava gərginləşən temp üzrə irəliləməkdə idi. Belə davam edən vəziyyət əlbəttə ki, ölkənin təməl prinsiplərini sarsıltmaqla yanaşı, həm də regionda Azərbaycanı gözü götürməyən qüvvələr üçün əlverişli mühit, şərait yaradırdı.

O zaman hakimiyyətdə olan başıpozuq siyasi dairələrin səriştəsiz idarəçiliyi sayəsində Azərbaycan adlı bir dövlət yox olmaq astanasına, parçalanmaq təhlükəsinin bir addımlığına gəlib çıxmışdı. Lakin 1993-cü ilin oktyabr ayının 3-də ölkəmizdə keçirilən Prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın ən böyük şansı oldu deyə bilərik. Ulu Öndər Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən gərgin fəaliyyəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsinə nail oldu və ən əsası da cəbhədə atəşkəsin əldə edilməsi, dövlətçiliyin möhkəm təməl prinsipləri üzərində möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi istiqamətində zəruri və təxirəsalınmaz addımlar atıldı.

Aparılan ardıcıl və sxematik strategiyanın  nəticəsi kimi ölkədə əminamanlıq yarandı, sabitlik bərqərar oldu. 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” adlandırılan neft konktraktının imzalanması ölkəmizin gələcək inkişaf və təhlükəsizliyinə etibarlı zəmin yaratdı. Əldə olunan uğurlar təkcə iqtisadi sferada deyil, cəmiyyətimizin bütün sahələrini əhatə etməklə ən sonda ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmişdi. Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan 1993-cü ildən bu günə kimi inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər  əldə edərək yeni zirvələrə doğru yeni fəthlərə imza atır.

Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 

Şakir Bəşirov;
Neftçala rayonu

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR