“Aİ Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün bütün imkanlardan yararlanmağa çalışır”

Son dövrlər Avropa İttifaqı Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətində səylər göstərir. Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən 7-ci zirvə toplantısında da bunu aydın şəkildə görmək mümkün idi. Azərbaycan Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında da yüksək səviyyədə təmsil olundu.

Bu fikirləri Gazette.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev Danimarka və Avropa İttifaqı rəhbərliyinin xüsusi dəvətilə bu toplantıya qatılmışdı.Tirana sammitində olduğu kimi Kopenhagendə də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüş oldu. Danışıqların detallarından bu qənaətə gəlmək olar ki, Aİ Azərbaycanla münasibətlərin müsbət dinamika ilə inkişafında maraqlıdır.

Görüşdə Antonio Koşta və Ursula Fon der Lyayenin dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etməsi Aİ-nin bölgədə dayanıqlı sülhün təmin olunmasında maraqlı olduğunu göstərir. Aİ rəsmiləri Vaşinqton razılaşmalarının regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümid edir.

Rəsmi Bakı hər zaman tərəfdaşlarla səmimi və qarşılıqlı maraqların təmin olunmasını əhatə edən əlaqələrin qurulmasının tərəfdarıdır. Lakin Aİ-nin müxtəlif dövrlərdə qərəzli davranışları Azərbaycanın haqlı narazılığına səbəb olurdu. Bununla belə, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Bu gün Azərbaycanın təbii qazı 10 Avropa ölkəsinə çatır. Eyni zamanda Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

Təsadüfi deyil ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatı təxminən 60 faiz artdı. Təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi sayəsində Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Paralel olaraq Orta Dəhlizin strateji əhəmiyyətinin artması Aİ üçün Azərbaycanın da vacibliyini artırır.

Məlum olduğu kimi, bu günlərdə Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun da ölkəmizə səfəri rellaşdı. Səfər zamanı xanım Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulamışdı.

Kopenhagen zirvəsində E.Makronun cənab Prezidentlə görüşü artıq Parisin də Bakı ilə münasibətlərə Aİ prizmasından baxdığını təsdiqlədi.

Yəni, Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün bütün imkanlardan yararlanmağa çalışır.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR