Jalə Kərimli: Region gəncləri sosial layihələrdə fəaldırlar
Jalə xanım, xoş gördük. Şəhid yadigarı kimi sizi hər zaman elə şəhid
ailələrinə, qazilərə dəstəkçi xanım kimi görürük.
- Xoş gördük, sizinlə görüşmək mənə çox xoş oldu. Bəli,
Azərbaycan xanımı, vətəndaşı və ən əsası ailəsində şəhid qəhrəman olan
bir xanım kimi şəhid ailələrimizə, qazilərimizə çalışdığım qədər dəstək və
onların övladlarının cəmiyyət üçün fəal, savadlı olması üçün nəinki mən, həm də
bizim komandamız sevə-sevə çalışır.
Artıq neçə ildir gənclər ilə çalışırsınız ?
- Mən Kərimli Jalə Rafiq qızı 27 iyul 1997-ci il tarixində Zərdab rayonun
Yarməmmədbağı kəndində anadan olmuşam. 2003-cü ildə Zərdab rayon
İ. Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbin I sinfinə
getmişəm. 2014-cü ildə həmin məktəbin XI sinfini bitirib, Sumqayıt
Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasına qəbul olmuşam.
2020-ci ildə həmin universiteti bitirib, Zərdab rayon Bıçaqçı kənd ümumi
orta məktəbində fizika müəllimi olaraq fəaliyyətə başlamışam. 2022-ci
ilin oktyabr ayından etibarən Zərdab Gənclər evi Sosial Xidmət
Müəssisəsində direktor olaraq fəaliyyət göstərirəm. Direktor olaraq
fəaliyyətə başladığım ilk aylardan etibarən Zərdab Gənclər evində
gənclərin intellektual savadlılığının və dünyagörüşünün artırılması, asudə
vaxtın səmərəli təşkili, bədii, yaradıcı müsabiqələrin təşkili, bir-birindən
maraqlı konsert proqramlarının təşkil olunmasına nail olmuşam.
Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda inkişafı üçün gənclərlə
birlikdə "N" saylı hərbi hissədə bir neçə dəfə ekskursiya və konsertlər
təşkil olunmuşdur. Məqsədimiz gənclər sahəsində daima fəallığı artırmaq,
marifləndirmə yönümlü layihələri icra etmək və gənclərin asudə vaxtını
səmərəli təşkil etməkdir.
Zərdab Gənclər evi olaraq hansı layihələr icra edilib ?
- Qeyd edim ki, komanda olaraq bizim üçün vətənpərvərlik, sosial,
ümumiyyətlə yeniyetmə və gənclərin inkişafı üçün olan mövzular maraqlıdır.
Bu məqsədlə “Qəhrəmanlar unudulmur", "Gələcək gənclik əlində" , "Uğurlu
gəncin hekayəsi", "Erkən nikaha son" , "Gülən ürəklər", "Qayğıya ehtiyacı olan
yeniyetmə və gənclərlə görüş" kimi layihələr həyata keçirilib. Bu layihələr
zamanı şəhid ailələri, qazilər, autizm, daun sindromlu yeniyetmə və gənclərlə,
eyni zamanda Zərdab rayonundan olan istedadlı gənclərlə həmçinin erkən
nikahla mübarizə çərçivəsində valideyn və bu yaşda olan uşaqlarla görüşlər təşkil olunub. Bütün bunlarla yanaşı özəl günlərin təntənəli proqramlarla qeyd
olunması və uşaq, yeniyetmə və gənclərə aid xüsusi günlərin bayram
proqramları ilə keçirilməsi tərəfimizdən həyata keçirilib.
Bu gün gənclər nədən narazıdır?
- Deyə bilərəm ki, bəzi gənclərimiz işsizlikdən narazılıq edirlər. Ancaq
onların planlaması düzgün deyil. Çünki bir işə yiyələnmək üçün müəyyən
təcrübə keçməlidirlər. Məhz bu kimi təcrübələrin həyata keçirilməsi üçün
Gənclər evi, Asan xidmət həmçinin İcra hakimiyyətlərinin gənclər
təşkilatlarında könüllülük proqramları var. Mütləq şəkildə könüllülük
proqramlarından istifadə etsinlər. Bu yolla onlar həm tələbə, həm də
könüllü olaraq müəyyən təcrübələr qazanacaqlar. Bu da onların gələcək iş
fəaliyyətlərində vacib amillərdən biridir. Bu gün cənab
prezident İlham Əliyevin və xanımı Mehriban xanım Əliyevanın
gənclərə olan dəstəyi, yaradılan şərait həmin gəncləri də inkişafa doğru
aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay