
LGBT təşkilatı Gürcüstan hökumətini Avropa Məhkəməsinə verib
Gürcüstanda cinsi azlıqların təmsil olunduğu “Tbilisi Pride” qeyri-hökumət təşkilatı (QHT) hökumətə qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırıb.
Gazette Az xəbər verir ki, Strasburq Məhkəməsi ““Tbilisi Pride” və başqaları Gürcüstana qarşı” işini artıq qeydiyyata alıb.
İş ötən ilin 5-6 iyul tarixində LGBT fəallarının Tbilisidə keçirdiyi ləyaqət yürüşünə qarşı tətbiq olunmuş zorakılıq halları ilə bağlıdır.
İddiaçılar məhkəmədən ayrı-seçkilik motivi ilə ləyaqəti alçaldan rəftar və sərbəst toplaşmaq azadlığının pozulmasını müəyyən etməyi xahiş edirlər. Onlar iddia edirlər ki, dövlət baş vermiş zorakılığın qarşısının alınması üçün fəaliyyət göstərməyib, zorakılığın təşkilatçıları cəzasız qalıb, törədilmiş cinayətlər qeyri-effektiv araşdırılıb və zərərçəkmişlər zərərçəkmiş kimi tanınmayıb.
Qeyd edək ki, 2021-ci ilin iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlar zamanı 50-dən çox media işçisi xəsarət alıb. Fiziki təzyiqə məruz qalan “Pirveli” telekanalının operatoru Lekso Laşkarava iyulun 11-də vəfat edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





