Zelenski Avstraliyanı Ukraynada görüləcək bərpa işlərinə qoşulmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanı ölkəsinin regionlarında görüləcək bərpa işlərinə  qoşulmağa çağırıb.

Gazette Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu dövlət başçısı Avstraliya parlamentinə videomüraciətində bildirib.

“Dünyanın böyük dövlətlərini, iri şirkətlərini, tanınmış mütəxəssislərini Ukraynanın bərpası layihəsinə qoşulmağa çağırırıq. Qoy ölkəmizin bərpa olunmağa ehtiyacı olan regionlarını, şəhərlərini, ayrı-ayrı sahələrini himayəsinə götürsünlər. Bunun üçün Avstraliya hökuməti bizə həmrəy ölkə statusunu verib. Ölkənizi bizim cənub bölgələrimizə, Qara və Azov dənizi sahillərinə diqqət yetirməyə dəvət edirəm. Limanlarımızın bərpası, Xerson kimi şəhərlərin inkişafı, Ukrayna dənizçiliyinin dirçəlişi bu dəhşətli müharibədən sonra sabitliyin bərqərar olmasına əhəmiyyətli töhfəniz ola bilər”, o deyib.

Ukrayna Prezidenti bu ölkədən silah istədiklərini vurğulayıb: “Sizin mükəmməl “Bushmaster” zirehli maşınlarınız, başqa silah və hərbi texnikanız Ukrayna üçün faydalı ola bilər”.

V.Zelenski Avstraliyada yaşayan ukraynalıların bu işlərdə yaxından iştirak edəcəklərinə inandığını söyləyib.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR