Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb

Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb.

Gazette Az xəbər verir ki, bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə söyləyib.

“Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu, tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”, - o vurğulayıb.

D.Araxamiya söyləyib ki, Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir: “Düşmən hərbçilər ərazimizdə olduğu təqdirdə heç bir anlaşma imzalaya bilmərik. Çünki hamımız Vyana Konvensiyasına qoşulmuşuq. Bunu Rusiya heyətinə də bildirmişik. Bundan başqa, Ukraynanın 3 milyondan çox qaçqını da ölkəsinə qayıtmalıdır”.

Ukrayna xarici işlər nazirinin sabiq müavini, Rusiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü Aleksandr Çalı deyib ki, Ukraynanın təhlükəsizliyini təmin etmək istəyirlər: “Təhlükəsizliyimizə zəmanət verən ölkələrin bizim Avropa İttifaqına daxil olmağımızı dəstəkləmələrini istəyirik”.

Onun sözlərinə görə, İstanbul danışıqlarında təhlükəsizlikə bağlı razılaşmalar əldə etmək mümkün olmayıb: “Halbuki bu, ərazi bütövlüyümüz üçün mühümdür. Ukraynaya hücum olsa, təhlükəsizliyimizə təminat verən ölkələrin bizim təhlükəsizliyimiz üçün bütün addımları atmasını istəyirik. Əsas tələbimiz budur”.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR