XİN sözçüsü: "Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”

“Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”.

Gazette Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində deyib.

“Biz Yaponiya ilə sülh müqaviləsi imzalamaq istiqamətində danışıqları davam etdirmək niyyətində deyilik. Buna səbəb Tokionun qeyri-dost davranışlarıdır. Tokio bizim maraqlarımıza açıq şəkildə zərbə vurmağa çalışır. Belə bir şəraitdə müvafiq sənədlərin imzalanmasından danışmaq mümkün deyil”, - XİN rəsmisi deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Yaponiya rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bundan sonra Moskva Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını açıqlayıb.

Xatırladaq ki, Rusiya və Yaponiya arasında Kuril adalarının hansı ölkəyə məxsus olması ilə bağlı mübahisə var. Keçmiş SSRİ İkinci Dünya müharibəsindən sonra adaları işğal edib. Müharibədən sonra ABŞ-ın Yaponiyanı işğalı etməsi nəticəsində rəsmi Tokio 1951-ci ildə San-Fransisko müqaviləsinə imza atmaq məcburiyyətində qalıb. Bu müqaviləyə əsasən, Yaponiya Kuril adaları üzərində olan bütün haqlarından imtina edib. Amma keçmiş SSRİ bu müqaviləni imzalamadığına görə o, etibarsız sayılır. 

2005-ci ildə Avropa Parlamentində Çin, Tayvan və Uzaq Şərq ilə münasibətlər haqqında qəbul edilən qərarın 15-ci bəndində Rusiyanın işğal etdiyi Kuril adalarını Yaponiyaya verməsi tələb edilib. 

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR