Ukrayna lideri Putinlə Krım və Donbası müzakirə etməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbəri Vladimir Putinlə nə barədə danışmağa hazır olduğunu bildirib.

Gazette Az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Zelenski işğal olunmuş Krımın və Donbasın Ukraynanın nəzarəti altına qaytarılması məsələsini “hamı üçün çətin tarix” adlandırıb. Dövlət başçısı qeyd edib ki, Putinlə Krım və Donbası müzakirə etməyə hazırdır.

"Və orada hansısa çıxış yolu tapmaq üçün siz bu ilk addımı atmalısınız: təhlükəsizlik zəmanətləri, müharibənin sonu. Çünki hər şey qaynardır. Və bu mərhələ bitəcək, ondan sonra danışaq. Rusiya Prezidenti ilə ilk görüşdə mən bu məsələləri qaldırmağa hazıram - işğal olunmuş ərazilərlə bağlı, onlar aktualdır, bizim üçün vacibdir”, - Zelenski diqqətə çatdırıb.

“Əminəm ki, görüşdə bu qərar verilməyəcək. Çünki, tam səmimi desək, təhlükəsizlik təminatları məsələlərində konstitusiya dəyişikliklərindən də danışacağıq", - Ukrayna lideri əlavə edib.

O, həmçinin bildirib ki, Putinlə hazırda görüş olacağı təqdirdə heç bir çağırışlar və tarixi çıxışlar olmayacaq.

"Mən onunla dövlətimizin gələcək risklərinə yer qoymadan bütün məsələləri ətraflı müzakirə edəcəm. Rusiya Federasiyasını çaşdıran və narazı salan hər şeydən keçməyə çalışacağam və Ukrayna xalqının düşündüyü hər şeyi ətraflı deyəcəm. İmkanım və Rusiyanın istəyi olsa, biz bütün məsələləri həll edəcəyik. Hamısını həll edəcəyikmi? Yox. Amma heç olmasa müharibəni dayandırmaq şansımız var. Qərar olmadan bu mümkün deyil", - Ukrayna lideri bildirib.

"Putin bizi məhv etməklə özünü məhv edir", - Zelenski fikirlərini reallaşdırıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR