Ceyhun Bayramov: “Azərbaycan BMT-nin müxtəlif instututları ilə sıx əməkdaşlıq edir”

“Azərbaycan BMT və onun müxtəlif instututları ilə sıx əməkdaşlıq edir”.

Gazette Az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu gün tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası və COVID-19 pandemiyasından sonrakı bərpa məsələləri müzakirə olunacaq.

“Dünya çətin bir dövr yaşayır. Mövcud çağırışları həll etmək üçün çox səy göstərmək tələb olunur. Lakin bu, birgə səylər olmalıdır. Bu cür çağırışlardan biri də pandemiyadır”, - XİN rəhbəri deyib.

O, pandemiya zamanı Azərbaycanın 80-dən çox ölkəyə humanitar yardım göndərdiyini xatırladıb: "Vaksin millətçiliyi”nin qarşısını almaq üçün çox işlər görmüş Azərbaycan Prezidenti COVID-19-a qarşı vaksinlərin bərabər paylanması kimi aktual mövzunu Qoşulmama Hərəkatı çərçivəsində dəfələrlə qaldırıb. Azərbaycan BMT-nin DİM-in icrasına verdiyi dəyəri yüksək qiymətləndirir və bu istiqamətdə fəaliyyətini davam etdirir”.

XİN rəhbəri vurğulayıb ki, Vətən müharibəsi başa çatdıqdan sonra məcburi köçkünlərin mümkün qədər tez doğma yurd-yuvalarına qayıtması üçün Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb.

C.Bayramov mina sahələrinin bu ərazilərdə bərpa işlərinin sürətini azaltdığını deyib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR