
Sergey Lavrov Türkiyənin vasitəçiliyini müsbət qiymətləndirib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və İsrailin vasitəçiliyinə münasibət bildirib.
Gazette Az TASS-a istinaədn xəbər verir ki, o, bu barədə RBC kanalına müsahibəsində deyib.
“Əlbəttə, müharibəyə qoşulmayan ölkələrin, o cümlədən Türkiyənin vasitəçiliyini müsbət qiymətləndiririk” - o deyib.
S.Lavrov həmçinin vurğulayıb ki, vasitəçiliklə bağlı İsveçrədən də təkliflər gəlir. Nazir Rusiya əleyhinə sanksiyalara qoşulmuş ölkələrin vasitəçiliyindən imtina etdiyini söyləyib.
Lavrov eyni zamanda onlarla əməkdaşlığa görə bəzi dövlətlərə təzyiq göstərildiyini açıqlayıb:
“Vaşinqton Çin, Hindistan, Misir, Türkiyə və digər ölkələrə təzyiq göstərməyə çalışır. Bu, bizə olan münasibətlə bağlıdır. ABŞ-ın həmin ölkələrdəki səfirlərinə o dövlətlərin liderlərini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək tapşırılıb”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





