
Reklam
09 Mart 2022, 15:45
462
Ukrayna Prezidenti rus əsgərlərinə müraciət edib
“Əgər rus əsgərləri ölkəmizi tərk etsələr, sağ qala bilərlər”.
Gazette Az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski rus hərbçilərinə videomüraciətində deyib.
“2 həftəlik müqavimətimiz göstərdi ki, biz təslim olmayacağıq. Çünki bura bizim evimizdir. Biz torpaqlarımızı geri qaytaranadək döyüşəcəyik. Komandirlərinizə inanmayın. Ukraynada sizi ölümdən və əsirlikdən başqa nəsə gözləmir. Biz müharibəni bitirməli, sülhə qayıtmalıyıq”- o bildirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





