Oliqarxiya Putini devirəcək – Yeni prezident isə bu şəxs olacaq...

Ukrayna müharibəsində gözləntilərinin əksinə olaraq təklənən və məğlub duruma düşən Rusiya hakimiyyəti bəlkə də siyasi ömrünün ən çətin dövrünü yaşayır.

Artıq Rusiyanın müxtəlif şəhərlərində müharibə əleyhinə aksiyalara start verilib ki, bu da Putinin təkcə müharibədə yox, həm də öz ölkəsinin ictimai rəyində də uduzmasının göstəricisidir. Elə bu səbəbdən də siyasi analitiklər Ukrayna böhranının nəticəsindən asılı olmayaraq Putinin hakimiyyətdə qalmasının çətin olacağını düşünürlər.

 

Maraqlıdır,  Putini əvəz edə biləcək real namizədlər kimlərdir? Rusiyanın yeni seçiləcək prezidenti ümumi siyasətdə dəyişiklik edə bilərmi?

 

Mövzu ilə bağlı GUNDEM.AZ -a danışan politoloq Teymur Qasımlı müharibənin nəticəsindən asılı olmayaraq, Putinin imicinin bərpa olunmayacağını bildirib:

“Rusiya və Ukrayna arasında müharibənin səbəblərindən biri də budur ki, Vaşinqton Putindən növbəti prezident seçkilərinə qatılmamasını tələb edirdi. Rusiyanı gələcəkdə kimin idarə etməsi ilə bağlı Rusiyanın elitasında çaxnamşma var, planlar qurulur. Putinin Rusiya Federasiyası daxilində nüfuzu çox aşağıdır. Bununla belə, Putinin hakimiyətdə qalıb-qalmayacağı ilə bağlı dəqiq nə isə demək mümkün deyil. Buna baxmayaraq, nəticə  nə olur-olsun Putini yaxşı aqibət gözləmir. Artıq oliqarxlar da Rusiyada prezidentə qarşı çıxıblar, onun siyasətinə açıq etiraz edirlər. Nəzərə alaq ki, bu Rusiya siyasətində bir ilkdir.”.

 

Ekspert Putini əvəz edə biləcək namizədin adını açıqlayaraq, onun şanslarını dəyərləndirib:

“Putini əvəz edəcək şəxslərin arasında Rusiyanın baş naziri Mixail Mişustinin adı çəkilir. Amma Rusiyada yeni seçiləcək  prezidentin böyük dəyişikliklər edəcəyini düşünmürəm. Putin iqtidarı tamamilə hakimiyyətdən gedərsə və klan yenilənərsə, o zaman yeni nələrsə gözləmək olar”.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR