Xocalı soyqırımının qurbanları İsraildə anılıb

İsrailin Yerusəlim şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Gazetteaz Trend-ə istinadən bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə mədəniyyət mərkəzində baş tutan tədbirdə Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri Elina Bardaç-Yalova, Azərbaycan Milli Məclisinin üzvü Sevil Mikayılova, Azərbaycanın İsraildəki Turizm Nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, "Passage" jurnalının baş redaktoru, sənətşünaslıq doktoru Nərminə Ağası və digər rəsmi şəxslər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Azİz" Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərində dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqı, İsraildə və dünyada yaşayan azərbaycanlılar bu il dərin hüzn və kədərlə ölkəmizin müasir tarixinə ən dəhşətli qətliam kimi həkk olunmuş faciənin 30-cu ildönümünü qeyd edir.

Sonra deputatlar Elina Bardaç-Yalova, Sevil Mikayılova, "Pisqat Zeev" Qüds Mədəniyyət Mərkəzinin rəhbəri Yael Kohen, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak çıxış ediblər.

"Yəhudilər sizi hər kəsdən yaxşı anlayır. Yalnız öz milli mənsubiyyətinə görə dinc əhalisinin vəhşicəsinə qətlə yetirilməsi ilə qarşılaşan Azərbaycan xalqının dərdinə şərik oluruq", - deyə E.Bardaç-Yalova söyləyib.

Azərbaycanlı qonaqlar Xocalı faciəsi kimi ağrımıza şərik olduqlarına, "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına fəal şəkildə qoşulduqlarına, xalqımıza dəstək göstərdiyinə görə İsrail dövlətinə və yəhudi xalqına minnətdarlıqlarını bildiriblər. Azərbaycan dövlətinin və xalqının öz ərazi bütövlüyünü bərpa etdiyi, Cənubi Qafqaz bölgəsinə sülh gətirdiyi və dünyanın heç bir yerində müharibənin olmasını arzulamadığı nəzərə çatdırılıb.

"Azİz" Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak anım tədbirinin keçirilməsində göstərdikləri dəstəyə Diasporla İş üzrə Dövlət Komitəsinə, "Xocalıya Ədalət!" beynəlxalq təbliğat kampaniyasına, "Pisqat Zeev" Qüds Mədəniyyət Mərkəzinin rəhbəri Yael Kohenə, musiqi məktəbinin direktoru Qalina Pritsə, "Azİz"in Yerusəlim bölməsinin sədri Aleksandr Aqranovskiyə xüsusi minnətdarlığını bildirib.

Tədbir Azərbaycan və dünya musiqi klassiklərinin əsərlərindən ibarət proqramın təqdim olunması ilə davam edib. Əsərləri Azərbaycanın tanınmış pianoçusu, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və israilli opera müğənnisi Kamelia Yoffe ifa ediblər.

Tədbir çərçivəsində Qarabağ və Xocalı soyqırımı həqiqətlərindən bəhs edən kitablar nümayiş etdirilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR