
"Belə addımlarda iştirak edənlər xalq qarşısında cavab verəcəklər" - Ərdoğan
Türkiyə nüvə enerjisini sülh məqsədləri üçün inkişaf etdirməkdə qərarlıdır.
Gazette Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gənc Sahibkarları Konfederasiyasının toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı müasir dünyada enerji resurslarının əhəmiyyətinə diqqət çəkib. R.T.Ərdoğan xatırladıb ki, dünya bazarlarında qiymətlərin kəskin artmasının səbəbi əsasən qaz, neft və kömür də daxil olmaqla enerji qiymətlərinin artmasıdır.
Türkiyə Prezidenti qeyd edib ki, Mersindəki "Akkuyu" AES-dən sonra Türkiyə ikinci atom elektrik stansiyası layihəsinə start verəcək.
"Enerji layihələrində təxribat törətməyə çalışanlar vətəndaşların və iqtisadiyyatın mənafeyinə və iradəsinə zidd fəaliyyət göstərirlər. Belə addımlarda iştirak edənlər xalq qarşısında cavab verəcəklər", - deyə Türkiyə Prezidenti bildirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





