BAKU Azərbaycan
13.03 °C

Ankaranın Heydər Əliyev Parkında anım mərasimi keçirilib - FOTO

Ankarada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda dünya şöhrətli siyasi xadimin vəfatının 18-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Ankaranın Batıkend rayonunda yerləşən parkda Ulu Öndər Heydər Əliyevin heykəli önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Anım mərasimində Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Əttar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyəli millət vəkili, təhsil nazirinin müavini Orhan Erdem, səfirliyin əməkdaşları və Ankara sakinləri iştirak ediblər.