Xarici İşlər Naziri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb

Noyabrın 11-də Türk Şurasının İstanbulda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini bildirib. Türk Akademiyası ilə bağlı müvafiq çoxtərəfli sənədlərin imzalanması prosesinin başa çatmasından məmnunluq ifadə edən nazir, bundan sonra təşkilatın daha aktiv fəaliyyət göstərəcəyinə inandığını, bu istiqamətdə Azərbaycan tərəfinin hər cür dəstəyə hazır olduğunu ifadə edib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu qələbənin bütün türk dünyasının ortaq zəfəri olduğunu bildirib. O, eyni zamanda təşkilatın fəaliyyətinə göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb, həyata keçirilməkdə olan və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Darxan Kıdırəli Xarici İşlər Naziri Ceyhun Bayramova 10-cu əsrdə, Qaraxanlı dövləti dövründə ilk dəfə qədim türk dilinə çevrilən və Türk Akademiyası tərəfindən çap olunan müqəddəs “Qurani-Kərim” kitabını təqdim edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR