BAKU Azərbaycan
14.03 °C

Hikmət Hacıyev İranın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

GAZETTE xəbər verir ki, bu barədə məlumatı İran səfiri öz “Twitter” mikrobluqunda məlumat verib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdüyüm üçün məmnunam. Onunla ikitərəfli əlaqələrimizin son vəziyyətini və ümumi narahatlıq doğuran məsələləri müzakirə etdik”, – deyə səfir yazıb.